Kunq-fu məşqçisi olan MOLLA üzə çıxdı... - FOTOLAR / VİDEO

Baxış sayı:
544

"İslamla idman arasında heç bir ziddiyyət yoxdur..."

İraqın Süleymaniyyə şəhərində  Hallu Məhəmməd Rəşid  adlı məscid imamının  kung-fu Çin döyüş sənətini təlim etməsi bəlli olub. 
Moderator.az-ın  "ReutersTV"-yə  istinadla verdiyi xəbərə görə, molla  Məhəmməd Rəşid ibadətdən boş vaxtlarında gənclərə təlim keçir. Rəşid deyir ki, həm din, həm də idman insanı intizama öyrədir və bu iki təcrübə arasında heç bir ziddiyyət yoxdur.

İdman məşqlərə tam yüklənməyi və təlim cədvəlinə dəqiq riayət etməyi tələb edir. Din də sədaqət tələb edir»- deyə məşqçi molla vurğulayır. 
Gənc iraqlı müsəlman Dilşad Kamal imam Rəşidlə məşq sayəsində kunq-fu yarışlarında bir çox medal qazanıb. Bu cavan jurnalistlərə Məhəmməd Peyğəmbər əleyhissəlamın da  düşmənlərlə döyüşlər zamanı fiziki hazırlığa çox vaxt ayırmasından bəhs edib.