KORONAVİRUSUN ƏN TƏHLÜKƏLİ XÜSUSİYYƏTİ - Yoluxandan 14 gün sonra üzə çıxır, bu müddət ərzində digər insanlara da keçir

Baxış sayı:
1336

Çin rəsmilərinin bildirdiyinə görə, təxminən 2000 nəfəri xəstələndirmiş yeni koronavirusun yoluxuculuq qabiliyyətinə artıq inkubasiya dövründən malik olması xüsusiyyəti bu virusun qarşısının alınmasını çətinləşdirir.

Bu virusdan ölənlərin sayı 56 nəfərə çatıb.

Səhiyyə naziri Ma Xiaowei-nin jurnalistlərə bildirdiyinə görə, virusun yayılma qabiliyyəti, görünür, güclənir.

Bəzi Çin şəhərləri səyahət etmək istəyənlər üçün ciddi məhdudiyyətlər tətbiq edib.

Epidemiyanın ilkin mənbəyi olan Hubey bölgəsinin Uhan şəhəri faktiki olaraq qapalı rejim vəziyyətinə keçirilib.

Ma Xiaowei infeksiyaların "qarşısının alınması prosesinin həlledici mərhələdə" olduğunu söyləyib

Rəsmilər virusun qarşısının alınması üçün səylərin gücləndiriləcəyinə söz verərək Çində bazar günündən başlayaraq bütün vəhşi heyvanların satışının qadağan ediləcəyini açıqlayıblar.

Virusun əvvəlcə heyvanlarda əmələ gəldiyi düşünülsə də, insanlara keçdikdən sonra sürətlə yayılmışdır.

İnsan bu virusa yoluxduqda, bir gündən 14 günədək çəkə bilən inkubasiya dövrü zamanı xəstəlik özünü bildirmir, lakin həmin insandan ətrafdakılar da bu xəstəliyə yoluxa bilərlər, rəsmilər hesab edir.

Virusun inkubasiya dövrü zamanı insan infeksiyaya yoluxduğunu anlamaya bilər.