"Koronavirusdan ölən şəxslər fərqli qaydada dəfn olunmur" - Yaqut Qarayeva

Baxış sayı:
1434

Koronavirusdan vəfat edən şəxsin dəfn olunması ilə bağlı xüsusi tələblər yoxdur.

Muxalifet.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, vəfat edən şəxslər ölkələrinin adətlərinə görə dəfn olunmalıdır.

"TƏBİB koronavirusla bağlı xəstəxanalara təlimat kitabçası göndərib və orada dəfn olunmaqla bağlı xüsusi tələblər yoxdur. Bu virus hava-damcı yolu ilə yayılır. Virusdan ölən şəxslər fərqli qaydada dəfn olunmur və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının da hər hansı tövsiyəsi yoxdur"./azvision.az