Koronavirusa görə qadağalara əməl etməyənlər cərimə olunacaq - OPERATİV QƏRARGAHDAN XƏBƏRDARLIQ

Baxış sayı:
810

Azərbaycanda koronavirusa görə tətbiq edilən qadağalara riayət etməyənlər cərimə olunacaq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qadağalara məhəl qoymayan obyektlər bağlanacaq: "Burada qadağaların pozulması insanların həyatını təhlükəyə ata bilər. Qadağalara Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti və Daxili İşlər Nazirliyi nəzarət edəcək

Vətəndaşlar qadağa əməl etməyən obyektlərlə bağlı bizi məlumatlandırmalıdır"./Virtualaz.org