"Korona hazırda bizə adaptasiya olur..." - PROFESSOR

Baxış sayı:
679

Koronavirusun (Kovid-19) sona çatması 2 faktora bağlıdır.

Bu sözləri Corc Mason Universitetinin professoru Ança Baranova deyib.

Professor bildirib ki, virus yeni daşıyıcıya keçdikcə zəifləyir:

“Virus insandan insana keçəndə mutasiyaya uğrayır və zəifləyir. Virus insan üzərində varlığını davam etdirmək üçün birgə təkamül keçir. Bu virus hazırda bizə adaptasiya olur. Bunun nə qədər davam edəcəyi bəlli deyil”.

Baranova ikinci faktorun insanların bu virusa qarşı immunitet qazanmaq müddəti ilə bağlı olduğunu vurğulayıb./Axar.az