Komitə sədri helikopterlə görüşə getməsindən DANIŞDI: Kefə, kurorta getməmişəm

Baxış sayı:
595

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nə helikopteri, nə təyyarəsi, nə yaxtası var. Ən aşağı büdcəsi olan dövlət qurumlarından biridir.
Muxalifet.az
xəbər verir ki, bunu AQUPDK-nin sədri Hicran Hüseynova Ağdamda vətəndaşlarla görüşə helikopterlə getməsinə dair yayılan məlumata münasibət bildirikən deyib.
O qeyd edib ki, xidməti avtomobili xarab olub və hərbçilərdən kömək istəyib: “Maşınım bərbad vəziyətdə olduğu üçün hərbçilərdən xahiş etdim ki, məni də aparsınlar. Mən hərbi helikopterlə getmişəm. Bu, təhlükəli bir gediş idi. Bu, komfort gediş deyildi. Mən istərdim ki, siz bunu başa düşəsiniz. Həmin görüşdə 20-dan çox vətəndaşı qəbul etdim, 50-dən çox qadını ayrıca dəvət etdim. Mən kefə, hansısa kurorta getməmişəm. Bunu dərk etmək lazmıdır. Mən ora avtomobilə getməyə sərf etdiyim 5 saatı vətəndaşlarla ünsiyyətə sərf etdim”.