Kəlbəcərdən Ermənistana gedən yol ordumuzun nəzarətində - ERMƏNİLƏR YOLUN BAĞLANDIĞINI ETİRAF ETDİ

Baxış sayı:
710

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində işğal olunmuş Kəlbəcərdən Ermənistana gedən yol Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.

Virtualaz.org bildirir ki, Ermənistan FHN-i Azərbaycanın işğal olunmuş rayonundan Ermənistana gedən yolda gediş-gəlişin dayandırıldığı barədə məlumat yayıb.

Məlumatda göstərilir ki, yol təhlükəsizlik səbəbindən bağlıdır.