KİM ÇEN IN YENƏ "AXTARILIR" - Onun Pxenyana qayıtmadığı bildirilir...

Baxış sayı:
828

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Şimali Koreyanın Vonsane şəhərindədir. O, mayın əvvəlində tikinti materialları zavoduna səfər etdikdən sonra Pxenyana qayıtmayıb. Yaponiya və Cənubi Koreya KİV-nə istinadla bu barədə “Cursorinfo” nəşri xəbər verib.

Cənubi Koreya KİV-i də öz növbəsində Ina yaxın mənbələrə istinad edib. Onun indiyə qədər nə üçün geri dönməməsi dəqiqləşdirilmir.

KİV yazır ki, guya KXDR lideri geniş ictimaiyyətdən kənar fəaliyyət göstərir - ordu hissələrinə səfərlər edir, raket və digər strateji silahların işlənib hazırlarmasını izləyir.

Xatırladaq ki, bundan əvvəl məbuat ölkə liderinin ağır xəstə olduğu və hətta öldüyü ehtimalını irəli sürmüşdü. Aprelin 12-dən bəri onu görən olmayıb.