“Kaş evimdə oturub ər çörəyi yeyərdim” - Aysel Əlizadə

Baxış sayı:
307

Müğənni Aysel Əlizadə MTV-yə açıqlamasında ailə quraraq ər çörəyi yemək istədiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, 29 yaşlı ifaçı 15 yaşından bəri işlədiyini, artıq rahatlıq istədiyini deyib:

“Uşaqlıqdan valideynlərimə kömək olmaq üçün canfəşanlıq etmişəm. Bir övlad kimi düşünürəm ki, valideynlərin yükünü daşımaq lazımdır. Bizim ailədə seçilmiş mənəm. 15 yaşımda işləmişəm, həm də təhsil almışam. İndi isə Allah ruzimi yetirir. Ər çörəyi yemək istəyirəm. İnanın, bütün qadınlarda bu istək var. Hamı rahatçılıq istəyir. Müəyyən çətin günlər olur ki, o qədər yükün üzərində olmağını istəmirsən. O zaman düşünürsən ki, kaş evimdə oturub ər çörəyi yeyərdim. Mənə indi bu yazılıb, belə yaşayıram. Bundan sonra bəlkə, ər çörəyi yeyəcəm? Demək ki, mənim sınağım belədir”.