İsveç Rusiya gəmisini icazəsiz onun ərazi sularına girməkdə ittiham etdi

Baxış sayı:
337

İsveç “Rusiya dövlət gəmisini” öz ərazi sularına icazəsiz girməkdə ittiham etdi. Bu barədə TASS məlumat verir.
Krallığın silahlı qüvvələrinin məlumatına görə, gəmi noyabrın 17-də qanunsuz olaraq dəniz sərhəddini keçib. Bu Geteburqun qərbində baş verib. İsveç hadisəni ərazi sularının pozulması kimi qiymətləndirir, çünki "gəminin etibarlı icazəsi yox idi".
Hadisə barədə hökumətə məlumat verilib. İsveç hakimiyyəti məlumatı şərh etməkdən imtina etdi.
Muxalifet.az