İŞİD-dən daha böyük təhlükə

Baxış sayı:
373

Müharibəyə görə Suriyada yaranmış iqtisadi problemlər artıq ölkə üçün İŞİD terror qruplaşmasından daha böyük təhlükədir.
Muxalifet.az xəbər verir ki, bunu Rostovdakı Suriya icmasının rəhbəri Eyras Alxatıb bildirib.
“Biz artıq demək olar ki, ölkəni azad etdik. Şimalda yalnız bir sahə qalıb, proses gedir. İndi bizim üçün təhlükə İŞİD deyil, müharibəyə görə ortaya çıxan problemlərdir, məsələn iqtisadi”, - o deyib.
O, ölkədə iqtisadi böhranın nümunəsi kimi yerli valyutanın dəyərini göstərib. Onun sözlərinə görə, müharibədən əvvəl Amerika dolları 50 Suriya funtuna bərabər idisə, indi bir dollar 500 Suriya funtu ilə dəyişdirilir. Eyras Alxatıb qeyd edib ki, artıq başlanan bərpa prosesi beş il və daha çox çəkə bilər.