İrəvan qorxuya düşdü: Bakı ilə...

Baxış sayı:
1867

Ermənistanın yeganə yolu Qarabağ problemini həll edib, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır. 
Muxalifet.az bildirir ki, bu məlumatı “Politik.am” saytı yayıb. Sayt Gürcüstan və İranda olan nümayişlər fonunda bu məsələnin Ermənistan üçün önəmli hala gəldiyini bildirib:

Ermənistan ətrafında halqa sıxılmağa başlayır. Bizim şimal və cənub qonşularımız olan Gücüstan və İranda hökumət əleyhinə etirazlar keçirilir.   Bu sadə olmayan hadisələr Ermənistan üçün güclü zərbə ola bilər. Belə ki, Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Bu situasiyada İrəvan müşahidədən artıq heç nə edə bilməz”. Məqalədə Ermənistan üçün vacib kartın Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması ola biləcəyi qeyd edilib.
Muxalifet.az