İranın casus şəbəkəsi Bakıda harada toplanır? - SENSASİON AÇIQLAMA

Baxış sayı:
820

Son günlər İranın Azərbaycana açıq təhdidləri fonunda cənub qonşumuzun ölkəmizdəki casus şəbəkəsi də fəallaşıb. 

Məsələnin aktuallığını nəzərə alaraq, araşdırmaçı jurnalist Samir Feyruzov İranın Azərbaycandakı casus şəbəkəsinin toplaşdığı məkanlardan biri haqqında maraqlı faktlar ortaya çıxarıb. 

Samir Feyruzovun əldə etdiyi məlumata görə, Bakı Zooloji Parkı ilə üzbəüz yerləşən üçmərtəbəli "Mərasim Evi" (keçmiş "Tural" şadlıq evi) İran agenturasının və radikal dini-siyasi baxışlı şəxslərin toplandığı əsas məkanlardan biri olub.

Samir Feyruzov

Təsadüfi deyil ki, indiyədək İranın Azərbaycandakı səfirləri, mədəniyyət müşavirləri və digər nümayəndələri məhz burada gizli görüşlər keçiriblər. Bu cür qapalı görüşlərə "Salamnews" və "İnteraz" media resurslarının İrana bağlı olduğu iddia olunan rəhbərliyi də dəfələrlə dəvət olunub. 

Maraqlıdır ki, "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin sədri İlqar İbrahimoğlu da bu görüşlərin iştirakçısı olub. 

Qeyd edək ki, "Nardaran hadisələri"nə qədər radikal dindarlar da məhz bu məkanda gizli görüşlər keçirib./demokrat.az