İrandan AÇIQLAMA: Qara qutular Ukraynaya göndəriləcək

Baxış sayı:
435

İran Tehranda vurulmuş “Boeing”in qara qutularını Ukraynaya göndərəcək.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar məlumat verib.

Həsən Rezayefar bildirib ki, İranda qara qutuların şifrəsini açmaq mümkün deyil:

"Ukraynanın arzusuna əsasən, bort qeydiyyatçıları bu ölkəyə göndəriləcək. Fransa, Kanada və ABŞ-dan olan ekspertlərin köməyi ilə Kiyevdə onların şifrəsini açmağa cəhd edəcəklər. Əgər, bu cəhd müvəffəqiyyətlə nəticələnməsə, qara qutular Fransaya göndəriləcək".