İranda son sutkada koronavirusdan 88 nəfər öldü

Baxış sayı:
2710

İranda koronavirusdan vəfat edənlərin sayı 5297 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.
O bildirib ki, İranda son sutka ərzində 88 nəfər yeni növ koronavirusdan vəfat edib.
Onun sözlərinə görə, İranda son sutka ərzində 1297 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların sayı 84 802 nəfərə çatıb.
İndiyədək virusa yoluxanların 60 965 nəfəri sağalıb.
Hazırda virus daşıyıcısı olan 3357 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.