İranda son sutkada daha 1297 nəfər virusa yoluxub

Baxış sayı:
2859

Bu günə olan məlumata əsasən, İranda koronavirusa yoluxanların sayı 84 min 802 nəfərə çatıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.
O deyib ki, son 24 saat ərzində 1 297 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb, 88 nəfər ölüb. Ölənlərin ümumi sayı isə 5 min 297-yə çatıb.
Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alaraq sağalanların sayı 60 min 965 nəfərə çatıb.
Bu arada o da məlum olub ki, Ümumdünya Səhiyyə Təşkilatı İrana tibbi maska və digər tibbi preparatlardan ibarət dəyəri 4 milyon dollar olan humanitar yardım göndərib. Təşkilatdan bildiriblər ki, bu ölkəyə əlavə yardımlar da göndəriləcək.