İranda koronavirusdan ölənlərin sayı 5118 nəfərə çatdı

Baxış sayı:
3300

İranda son sutka ərzində 87 nəfər yeni növ koronavirusdan vəfat edib.
Bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.
O bildirib ki, İranda koronavirusdan vəfat edənlərin sayı 5118 nəfərə çatıb.

Onun sözlərinə görə, İranda son sutka ərzində 1343 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların sayı 82 211 nəfərə çatıb.

İndiyədək virusa yoluxanların 57 023 nəfəri sağalıb.
Hazırda virus daşıyıcısı olan 3456 nəfərin vəziyyəti ağır və ya orta ağırdır./APA