“İranda koronavirusdan başqa, daha amansız bir virus var. Onu ABŞ yaymış ola bilər” - SENSASİON AÇIQLAMA

Baxış sayı:
3439

İran Məclisinin millət vəkili və Məclisin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının üzvü Şəhruz Bərzəgər, ölkədə (ilk dəfə Çinin Vuhan şəhərində meydana çıxan və Kovid-19 adlandıran) koronavirusdan savayı, İranda ABŞ-ın yaydığı və mənşəyi bəlli olmayan bir virusun da olduğunu söyləyib.

İranlı Tələbələr Xəbər Agentlliyinə (ISNA) müsahibə verən Bərgəzər İranın səhiyyə naziri Səid Neməki və parlamantin sədri Əli Larincaninin də iştirak elədiyi Səhiyyə Komissiyasının iclasında müzakirə edilən məsələlərlə bağlı məlumat verib.

Bərgəzər deyib: “Səhiyyə Nazirinin açıqlamasına görə, Gilan şəhərindəki koronavirus infeksiyasının bir qismi Çinin Vuhan şəhərində aşkar edilən  Kovid-19-dan tamamilə fərqlidir. Bu virus 25 yaşlı tibb bacısına da rəhm eləmir”.

“ABŞ yaymış ola bilər”

Kovid-19-dan fərqli bir virusun Qum şəhərində də göründüyünü qeyd edən Bərgəzər deyib: “İkinci virusun mənbəyinin hara olduğu bəlli deyil. Səhiyyə nazirinin çıxışından başa düşdüm ki, ölkədə 2 növ virus yayılıb: biri Çinin Vuhan şəhərində yayılmış virus, ikincisi isə mənşəyi bəlli olmayan virusdur. Bu, ABŞ-ın İranda yaydığı bio-terrorizm virusu ola bilər”.

Bu günə olan statistikaya görə, İranda koronavirusa yoluxanların sayı 7161 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 237 nəfərə yüksəlib./Hurriyyet.org