"İran Qarabağ problemini daha da dərinləşdirə bilər" - Türkiyəli politoloq

Baxış sayı:
355

“Azərbaycanın İran böhranında ABŞ-ı dəstəkləməsi üçün Ermənistanla bağlı mövcud vəziyyət aradan qaldırılmalıdır”.

 

Bu fikirləri Yenicag.info-ya müsahibəsində nüvə silahını əldə etməyə can atan İranın Türkiyə və dünyaya yönəlik təhdidlərinin Güney Azərbaycanlılar üzərindəki mümkün təsirini şərh edən təhlükəsizlik məsələləri üzrə mütəxəssis Eylem Okumuş söyləyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın İran məsələsində Amerikaya verəcəyi dəstək Türkiyə-Ermənistan münasibətlərini fərqli məcraya yönəldə bilər:

“İran böhranı dərinləşdikcə, bölgədə əhəmiyyəti artan ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın geosiyasi vəziyyəti, Güney Azərbaycanda yaşayan on milyonlarla azərbaycanlının siyasi mövqeyi və bu əhalinin rejim dəyişikliyində oynaya biləcəyi rol diqqətə alınmalı məsələdir.

Azərbaycanın İran problemində ABŞ-ı dəstəkləməsi üçün Ermənistanla bağlı mövcud vəziyyət ortadan qaldırılmalı və Rusiyanın təsiri minimuma endirilməlidir.

Əgər Azərbaycan İran məsələsində Amerikaya dəstək verəcəksə, bu, Türkiyə-Ermənistan münasibətlərini də fərqli məcraya yönəldə bilər.

Digər tərəfdən, İran Azərbaycanın bu mümkün gedişatın qarşısını almaq üçün Qarabağ problemini daha da dərinləşdirə bilər.”