İran ABŞ-da saxlanılan iranlı alimin müqabilində amerikalı tələbəni azadlığa buraxıb

Baxış sayı:
428

İran və ABŞ şənbə günü məhbus mübadiləsi aparıb. Nəticədə Princeton Universitetinin alimi Amerikada həbsdə olan iranlı alimin azadlığa buraxılması müqabilində sərbəst buraxılıb. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir. Bu, Tehranla Vaşinqton arasında aylardır davam edən gərginlikdən sonra ilk diplomati irəliləyişdir. İsveçrədə baş tutan mübadilə nəticəsinə İran rəsmiləri Corciya ştatında federal məhkəmə tərəfindən mühakimə olunan alim Məsud Süleymani müqabilində 2016-cı ildəb bəri Tehranda həbsdə olan çinli-amerikalı magistr tələbəsi Şiyue Vanqı azadlığa buraxıb. Məhbus mübadiləsindən öncə Məhəmməd Cavad Zərif bu barədə Twitter hesabında yazıb. “Professor Məsud Süleymani və cənab Şiyue Vanqın qısa müddət sonra ailələrilə qovuşacaqlarına görə şadam. Bu məsələdə iştirak edən hər kəsə, ələlxüsus İsveçrə hökümətinə çox təşəkkür edirəm”, Zərif yazıb. Zərif atdığı tvitdə günlərdir Vanqın azadlığa buraxılması üçün razılıq üzərində danışıqların aparıldığına dair şayiələri təsdiqləyib. Prezident Donald Tramp da Ağ Evin yaydığı bəyanatda Vanqın sərbəst buraxıldığını qeyd edib və onun ABŞ-a geri dönəcəyini bildirib. “Cənab Vanq şpionluq ittihamı ilə 2016-cı ildən bəri orada saxlanılır. Biz isveçrəli tərəfdaşlarımızı İranla cənab Vanqın sərbəst buraxılması üçün aparılan danışıqlara göstərdikləri yardıma görə təşəkkür edirik”, Tramp deyib. Tehrandakı İsveçrə səfirliyi ABŞ-ın İrandakı maraqlarını təmsil edir. 1979-cu ildə tələbələrin ABŞ səfirliyini ələ keçirməsindən və 444 gün boyunca davam edən girov böhranından sonra ölkədə ABŞ səfirliyi bağlanıb. İranın dövlət IRNA xəbər agentliyi Süleymaninin İsverçədə İran rəsmilərinin yanında olduğunu bildirib. Zərif isə daha sonra Twitterdə İran hökümətinə aid təyyarədə Süleymani ilə söhbət etdiyi yerdə çəkilən şəkli paylaşıb. Vanq İranda ölkəyə “sızmaq” və xaricə gizli məlumat ötürmək ittihamı ilə 10 il müddətinə həbsə məhkum edilmişdi. Ailəsi və Princeton Universiteti bu itthamları rədd edib. Kök hüceyrəsi araşdırması, hematologiya və regenerativ dərmanlar üzərində işləyən Süleymani İrana bioloji materiallar apararaq ticarət sanksiyalarını pozmaqda ittiham olunaraq ABŞ hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Süleymanı və vəkilləri onun günahsız olduğunu iddia edib və onun 2016-cı ilin sentyabr ayında araşdırmasında istifadə etdiyi rekombinant zülalları çox ucuz qiymətə almaq üçün ABŞ-a gədiyini bildirib. ABŞ prezidenti Tramp 2018-ci ilin may ayında Amerikanı Terhanın dünya gücləri ilə əldə etdiyi nüvə razılığından geri çəkəndən bəri iki olkə arasında gərginlik artıb. ABŞ o zamandan bəri İran iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq edib. Muxalifet.az