İnsanların ölümsüzlük əldə etməsinə 22 il qalıb - “Google” rəsmisindən ŞOK PROQNOZLAR

Baxış sayı:
2209

“Google" şirkətinin Texniki Direktoru Rey Kurtsveylin "Gələcəkdə bizi nə gözləyir?" mövzusunda proqnozunu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, onun proqnozlarına görə, gələcək utopiyadan fərqlənməyəcək:

2020 – Kompüterin hesablama gücü insan zəkası ilə müqayisə olunan səviyyəyə çatacaq.

2021 – Simsiz internetə çıxış Yer kürəsi əhalisinin 85 faizini əhatə edəcək.

2022 – ABŞ və Avropada insanların robotlarla münasibətini tənzimləyən qanunlar qəbul ediləcək.

2024 – Avtomobillərdə kompüter intellekti məcburi olacaq və kompüter köməkçisi olmayan avtomobil idarə etmək qadağan ediləcək.

2025 – Kütləvi qadjet-implantant bazarı yaranacaq.

2026 – Elmi proqres hesabına bir vaxt vahidi ərzində öz həyatımızı daha çox uzada biləcəyik.

2027 – Robotlar soyuducular kimi adiləşəcək.

2028 – Günəş enerjisi o qədər ucuz olacaq ki, dünya əhalisinin toplam enerji tələbatını ödəyəcək.

2029 – Kompüter Tyurinq testini keçə biləcək və zəkasının olduğu sübut ediləcək.

2030 – Nanotexnologiyanın sənayedə geniş tətbiqi bütün məhsulların ucuzlaşmasına səbəb olacaq.

2031 – İnsan orqanlarının çapı üçün 3D-printerlər bütün xəstəxanalarda tətbiq ediləcək.

2041 – İnternetin buraxılış qabiliyyəti bü gün olduğundan 500 milyon dəfə böyük olacaq.

2042 – Ölümsüzlüyün ilk potensial reallaşdırılması baş verəcək. Bu immun sistemini tamamlayan və xəstəlikləri "təmizləyən" nanorobotlar hesabına baş verəcək.

2043 – İnsan bədəni istənilən formanı ala biləcək.

2044 – Qeyri-bioloji intelekt bioloji intelektdən milyardlar dəfə daha ağıllı olacaq.

2045 – Yer Kürəsinin təkliyi (sinqulyarlığı) baş verəcək və o, bir qiqant kompüterə çevriləcək. 

2099 – Texnoloji təklik (sinqulyarlıq) bütün Kainata yayılacaq.

Qeyd edək ki, Rey Kurtsveylin proqnozlarını təhsil eksperti Kamran Əsədov öz "Facebook" hesabında paylaşıb.