​İmamoğludan ilk açıqlama: Bu, qələbə deyil...

Baxış sayı:
7

Bu, qələbə deyil, yeni bir başlanğıcdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri CHP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Əkrəm İmamoğlu deyib.
"Təbii ki, uğurumuzu qeyd edəcəyik. Burdan vətəndaşlara çağırış edirəm: heç kimin qəlbini qırmayın. Sabahdan etibarən mən bələdiyyə sədri kimi, 16 milyon insanımıza ədalətli şəkildə xidmət edəcəyəm", - İmamoğlu bildirib.
Qeyd edək ki, İstanbul Bələdiyyəsinə keçirilən seçkilərdə səslərin 99.37 faizi artıq sayılıb. Son nəticəyə əsasən, İmamoğlu 54.03, Yıldırım isə 45.09 səs toplayıb.