​“İlham Əliyev yerlibazlıqdan bir siyasi alət kimi imtina etməkdədir” – İLQAR MƏMMƏDOV

Baxış sayı:
879

“Siyasətinin bütün yanlışlıqlarına baxmayaraq, hətta İlham Əliyev yerlibazlıqdan bir siyasi alət kimi imtina etməkdədir. Hər halda hiss olunur ki, bu, onu maraqlandıran meyar deyil. Amma onu guya, demokratik mövqedən tənqid edənlərin bəziləri ağılasığmaz dərəcədə yerlibaz siyasi münasibət göstərirlər”.
Bu fikirləri REAL Partiyasının sədri İlqar Məmmədov özünün Facebook səhifəsində yazıb.
İ. Məmmədov qeyd edib ki, Azərbaycanda yerlibazlıq deyilən şeyin olduğunu ancaq 17 yaşında eşitdiyi üçün, canına hopmayıb və indiyə qədər onu təəccübləndirməyə davam edir: “Bax, indi proporsional seçki sistemi olsa, hamı getsin öz yerlisinə səs versin?? Bunu demək istəyirsiniz?? Bir tərəfdən fikirləşirəm proporsional qaydada parlament seçkisi yaxşı olardı, amma belə söhbətlər eşidəndə onun siyasi sistemdə yerlibazlıq amilinin ömrünü bir qədər uzadacağından ehtiyyatlanıram, qalmışam “qərarsız””.