İdarə rəisi ola bilməyən Elxan İbrahimov rəqiblərindən qisas alırmış – FAKT

Baxış sayı:
475

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis vəzifəsini icra etmiş polkovnik Elxan İbrahimovun bu vəzifədən azad edilməsi ilə bağlı xəbər ətrafında ajiotaj davam edir. 

Muxalifet.az xəbər verir ki, etibarlı mənbədən “Rupor”a daxil olan məlumata görə, Elxan İbrahimov Tibb Baş İdarəsinin rəis əvəzi işləyərkən çoxsaylı kobud səhvlərə yol verib.

O, vəzifə səlahiyyətlərindən yararlanaraq, uzun illər öz peşəkarlığı ilə Silahlı Qüvvələrin baş terapevti vəzifəsinə qədər yüksələn, hərbi  tibb xidmətində 25 il qüsursuz çalışan polkovnik-leytenant Samir Qasımovu vəzifəsindən çıxararaq, aşağı vəzifəyə – Hərbi Tibb Fakültəsinə kafedra müdiri təyin edib.

Bir müddət sonra Samir Qasımov yeni vəzifədən də çıxarılıb. Onun yerinə həmin posta heç bir tədris-elmi təcrübəsi olmayan, Daxili Qoşunlardan təxris olunmuş Mehriban Quliyevanı təyin edib. 

Belə kadr siyasəti Mərkəzi Hərbi Hospitalın həkimləri tərəfindən absurd qərar kimi dəyərələndirilib.

Məlumatı verən mənbə vurğulayır ki, Elxan İbrahimov Samir Qasımovun layiqli kadr olduğunu bildiyi üçün hələlik rəsmi təyinat almadığı idarə rəisi vəzifəsinə onun gətiriləcəyindən ehtiyat edirmiş.