Hulusi Akar: "Biz NATO-nun mərkəzindəyik"

Baxış sayı:
490

Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyənin NATO-nun mərkəzində duran bir müttəfiq olduğunu vurğulayaraq, "NATO-da uzaq dayanmaq kimi bir niyyətimiz yoxdur" dedi.
Muxalifet.az
bu barədə "Hurriyet"ə istinadla xəbər verir.
ABŞ ilə F-35 mövzusunun gündəmdə olduğunu ifadə edən Akar, Türkiyənin bu mövzunun həllinə qovuşması üçün öz mövqeyini ən doğru və əhatəli şəkildə izah edərək səbrlə səylərini davam etdirdiyini söylədi.
Akar, Qətərdə keçirilən 19-cu Doha Forumu çərçivəsində Qətər müdafiə naziri Xalid Bin Məhəmməd əl-Attia ilə "Pozulan Dünya Düzəni: İnkişaf etməkdə olan Qlobal Təhlükəsizlik Problemlərinin İnnovativ üsullarla həlli" adlı sessiyada Münhen Təhlükəsizlik Konfransının rəhbəri səfir Wolfgang Ischingerin suallarını cavablandırdı.
Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi almasının, NATO-ya və Türkiyənin İttifaqa üzvlüyünə təsirinə dair suala Akar, "Biz, NATO-nun mərkəzindəyik. Hələ NATO-nun mərkəzindəyik. Heç bir yerə getmirik, NATO-dayıq", deyə cavab verdi.
Akar, Türkiyənin, milli maraqları və müxtəlif səbəblərdən ötrü atdığı addımların NATO-daki varlığına qarşı olmadığını vurğulayaraq, "Türkiyə 1952-də üzvlüyündən bu yana NATO üzvüdür və manevrlər, hərəkatlar, NATO qərargahlarına personal dəstəyi kimi mövzularda və digər sahələrdə həmişə NATO-nun digər üzvləri ilə əlaqə saxlayırıq" dedi.
Türkiyənin milli təhlükəsizliyi üçün hava müdafiə sistemlərinə ehtiyac duyduğunu vurğulayan Akar, ölkənin, bu ehtiyacını qarşılamaq üçün aralarında Fransa və ABŞ-ın da olduğu bəzi müttəfiqlərlə təmasa keçdiyini, ancaq nəticə ala bilmədiyini izah etdi.
Akar, prosesin sonunda Türkiyənin hava müdafiə sistemlərini Rusiyadan təmin etdiyinə diqqəti çəkən, ABŞ prezidenti Donald Trampın da G20 sammiti səbəbiylə Yaponiyada olduğu sırada mediaya "Türkiyənin bu sistemləri ABŞ-dan almaq üçün əlindən gələni etdiyini ancaq Obama rəhbərliyinin bunu etmədiyi üçün Rusiyadan almalı olduğunu xatırlatdı.
İndi eyni şəkildə ABŞ ilə F-35 mövzusunun gündəmdə olduğunu ifadə edən Akar, bu mövzunun da həllini tapması üçün Türkiynin öz mövqeyini ən doğru və əhatəli şəkildə izah edərək səbrlə səylərini davam etdirdiyini söylədi.
Akar, "F-35-lərin sifarişçisi yox, tərəfdaşı olduğumuz üçün həll oluna biləcəyinə inanırıq. Bu ortaqlığa görə təxminən 1,5 milyard dollar ödədik. Biz üzərimizə düşəni yerinə yetirdiyimiz üçün, ABŞ-ın bizim kimi davranacağını gözləyirik. Əks halda S-400- lərdə olduğu kimi, ehtiyaclarıızı qarşılamaq üçün başqa yollar axtaracağıq" dedi.
Muxalifet.az