Hicran Hüseynova sakinlərlə görüşə HELİKOPTERLƏ GETDİ

Baxış sayı:
493

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.

Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb. 

Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən unikal.org-a təsdiqləyiblər.

Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.