"Heç kimə heç nə sübut etməli deyilik" - PUTİN

Baxış sayı:
541

Rusiya heç kimə heç nə sübut etməli deyil, Böyük Vətən müharibəsi barədə tarixi qorumalıdır.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib.

“Biz heç kimə heç nə sübut etməli deyilik, amma biz hər şey etməliyik ki, bu həqiqət unudulmasın”, - Putin bildirib.

Qeyd edək ki, Putin İkinci Dünya müharibəsinə aid bütün tarixi sənədlərin toplandığı və hamı üçün əlçatan olan mərkəz yaradılması haqda qərar verib.