"Heç bir muxtariyyətdən söhbət gedə bilməz..." - ELÇİN ŞIXLI

Baxış sayı:
570

"Rusiyanın başından xəbəri var, ayağından isə xəbəri yoxdur. Amma burnunu hər yerə soxur, aləmi də bir-birinə qatır"

"Düşünürəm ki, imkanımız olduqca irəli getməliyik. Danışıqlar masasına mümkün qədər gec oturmalıyıq. Çünki ermənilərin xislətini, Minsk Qrupunun 30 illik fəaliyyətini nəzərə alsaq, onların bizim ordumuzun zəfərlərinin qarşısını almaq istəyəcəyini düşünürəm. Ona görə də, nə qədər imkan varsa, irəli getməliyik".

Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlıi presklub.az-a müsahibəsində cəbhədə davamm edən hərbi əməliyyatları dəyərləndirərkən bildirib. 

O qeyd edib ki, artıq status-kvo məsələsi yoxdur amma Minsk Qrupu bizəəvvəlki prinsipləri təklif edəcək: "Dövlət xadimlərimiz diplomatik şəkildə deməlidirlər ki, bəli, biz sülh tərəfdarıyıq. Mən də sülh tərəfdarıyam, amma düşməni darmadağın etdikdən sonra sülh danışıqlarına başlamaq olar. İstənilən müharibə sülhün bağlanması ilə başa çatır. Ona görə də o prinsiplərin heç biri, ordumuzun uğurlu hərəkatından sonra, bizə artıq lazım deyil".

E. Şıxlınski vurğulayıb ki, ermənilərin Azərbaycan ərazisində muxtariyyət qazanmasının əleyhinədir: "Yaşamaq istəyirlərsə, yaşasınlar, əgər bacarırlarsa. Amma heç bir muxtariyyətdən söhbət belə gedə bilməz. Çünki onlara imkan versək, ən azı beş ildən sonra yenidən baş qaldıracaqlar və bu problemi yenidən qabardıb, başımızı ağrıdacaqlar".

Rusiyanın hadislərə münasibətinu dəyərləndirən Elçin Şıxlınski, Şimal qonşumuzun ermənilərə daha çox meyl etdiyini qeyd edib. 

"Ermənilər onların əlinin altındadır. Bir ölkənin ki, sərhədlərini Rusiya qoruya, Rusiyanın mövqeyi burada artıq aydındır. Bütün silahlar, sursatlar Ermənistana Rusiyadan gedir. Biz də Rusiyadan silah alırıq, amma pulla alırıq. Rusiya Ermənistana ya kreditlə verir, ya da ən pis halda bizə 10 manata satdıqları silah-sursatı onlara 1 manata satırlar. Rusiyanın Ermənistanda hərbi bazası var, Ermənistan Rusiyanın əlindən çıxsa, Cənubi Qafqaz tam əlindən çıxmış olacaq. Gürcüstanı artıq itiriblər. Azərbaycan tam müstəqil, özü-özünü dolandıran, öz ayaqları üstə möhkəm dura biləcək, bundan sonra da daha geniş potensialı ola biləcək bir ölkədir. Bu baxımdan Rusiya Ermənistanı əldən versə, Cənubi Qafqazı itirmiş olacaq"-deyə baş redaktor bildirib.

E. Şıxlınskinin sözlərinə görə Rusiyanın düşdüyü hazırkı geosiyasi vəziyyət mürəkkəbdir: "Bir tərəfdən Belarus, bir tərəfdən Ukrayna, Qırğızıstanı heç demirəm, Moldovada Dnestryanı problem... Rusiyanın iqtisadiyyatı sovet iqtisadiyyatıdır. Rusiya xammal ölkəsi olaraq qalır. Rusiyada texnoloji inkişaf çox bərbad vəziyyətdədir. Onların hətta bütün elmi və digər normal potensialı ölkə xaricinə gedir. Yəni beyin axını baş verir. Rusiyada Moskva, Sankt-Peterburq və bir neçə şəhərdən başqa digər yerlərə getsəniz, ən yaxşı halda SSRİ dövrünün 70-ci illərinə düşmüş kimi özünüzü hiss edəcəksiniz. Uraldan o yana, Tayqa, Tundradan Moskvanın heç xəbəri yoxdur, oralarda heç hakimiyyət yoxdur. Yəni meşələrdə, tundralarda insanlar sanki ibtidai icma quruluşunda yaşayırlar. Orada köçəri həyatdır və heç bir müasirlik yoxdur. Rusiyanın başından xəbəri var, ayağından isə xəbəri yoxdur. Amma burnunu hər yerə soxur, aləmi də bir-birinə qatır".