Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı

Baxış sayı:
5106

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusdan sağalıb. 

Bu barədə TASS-a döyüşçünün məşqçisi Xavyer Mendes məlumat verib. 

O bildirib ki, iyunun 15-də H.Nurməhəmmədov atasının sağalması barədə mesaj göndərib. Mendes bu barədə digər ortaq tanışları ilə də söhbət etdiyini sözlərinə əlavə edib: "Mənə dedi ki, Abdulmanap Nurməhəmmədov artıq koronavirus xəstəsi deyil. Keçirdiyi ürək əməliyyatı ilə bağlı ağırlaşmaları var. Əlbəttə, buna görə narahatam". 

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 25-də xəstəxanaya yerləşdirilib. 57 yaşlı məşqçi ürəyindən əməliyyat olunub./report