Haftar Liviyada hakimiyyətin öz ordusuna keçdiyini elan etdi

Baxış sayı:
1330

Liviya Milli Ordusunun (LMO) komandanı Marşal Xəlifə Haftar aprelin 27-də ölkəni nəzarətə götürdüyünü bəyan edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Silahlı Qüvvələrin Baş Komandanlığı ölkənin idarəçiliyini ələ keçirir və Şirat Sazişinin ləğv olunduğunu elan edir”,-deyə LMO komandanı bildirib.

“Report” xatırladır ki, Şirat Sazişi 2015-ci ilin dekabr ayında Mərakeşin Şirat şəhərində imzalanıb və özündə silahlı münaqişə tərəfləri arasında mövcud olan problemin siyasi yolla həllini ehtiva edir.

Bu, Liviyada hakimiyyətlərin qurulmasını təmin edən BMT-nin sülh planına əsaslanırdı. Nəticədə ölkədə Milli Razılıq Hökuməti və Prezident Şurası (Dövlət başçısının funksiyalarını yerinə yetirir – red.) yaradıldı. Hazırda hər iki quruma baş nazir Faiz Sərac rəhbərlik edir.

Razılaşmaya əsasən, bütün neft gəlirləri Tripolidəki Mərkəzi Banka daxil olmalı idi. Vəsait isə bölgənin inkişafı üçün deyil, hərbi texnikanın alınması və hərbçilərin məvacibinə xərclənməli idi.