Hadi Rəcəblinin rəis qardaşı işdən çıxarıldı

Baxış sayı:
587

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib.

Muxalifet.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi ləğv edilərək yerində şöbə yaradılıb.

Maliyyə şöbəsinə isə hələlik təyinat olmayıb.

Bu barədə Maliyyə Nazirliyindən “MediaPost”a xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, İqbal Rəcəbov Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşıdır./Mediapost