HACI ƏBDÜL VƏFAT ETDİ - 80 yaşlı axundun ölüm səbəbi...

Baxış sayı:
3388

“Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül Əbdülov 80 yaşında vəfat edib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya mərhumun ailəsindən bildirilib.
 
O, dünən gecə saatlarında ürək tutmasından ölüb.
 
Hacı Əbdül bu gün günorta saatlarında "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.