Gürcüstanla Azərbaycanın münasibətləri hansı səviyyədədir? - BU SUALA QONŞU ÖLKƏNİN SAKİNLƏRİ CAVAB VERDİ

Baxış sayı:
405

Gürcüstanda rəyi soruşulanların 68%-i ölkənin Azərbaycanla münasibətlərinin yaxşı olduğunu hesab edir.

Bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda apardığı icitmai rəy sorğusunun nəticələrində bildirilib.

Sorğuda iştirak edənlərin 13%-i Gürcüstanın Azərbaycanla münasibətlərini nə yaxşı, nə pis, 14%-i isə pis qiymətləndirib. Respondentlərin yalnız 5%-i müvafiq sualı cavablandıra bilməyib.

Rəyi soruşulanların 8%-i Azərbaycanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı, 11%-i isə ən vacib iqtisadi tərəfdaşı adlandırıb.

Qeyd edək ki, sorğu bu il iyunun 4-dən iyulun 2-dək Gürcüstan üzrə həyata keçirilib. Araşdırmada 1 500 nəfərin rəyi öyrənilib/report