GÜRCÜSTANIN BAŞ NAZİRİ İSTEFAYA HAZIRLAŞIR - "Gürcü Arzusu" seçkinin nəticəsindən narazıdır

Baxış sayı:
5269

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verəcək.

Bu barədə yerli “Pirveli” telekanalı etibarlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub.

Telekanalın məlumatına əsasən, İ.Qaribaşvilini hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəzləyəcək.