Gürcüstan parlamenti bu gün yeni hökumətə etimad göstərməlidir

Baxış sayı:
371

Gürcüstan parlamentinin bugünkü plenar iclasında yeni hökumətə etimad məsələsi müzakirə olunacaq.

İlk öncə hökumət başçısı və nazir vəzifələrinə namizədlər “Gürcü Arzusu” fraksiyası ilə görüş keçirəcəklər.

Müxalifət nümayəndələri yeni hökumətin üzvləri ilə fraksiya formatında görüşdən imtina edib.

İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni Nazirlər Kabinetinə etimad üçün 76 deputatın dəstəyi tələb olunur.

Qeyd edək ki, yeni hökumətdə iki yeni nazir yer alıb. Bunlar regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladzedir./report