Gürcüstan ombudsmanı hökuməti sərt tənqid etdi

Baxış sayı:
792

“Gürcüstanın müstəqilliyini itirməsindən 100 il sonra müxalifət partiyasına basqın və müxalifət liderinin həbsindən daha utancverici hadisə baş verə bilməzdi”.

Bunu Gürcüstan ombudsmanı Nino Lomcariya Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi ilə bağlı feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, baş verənlər Gürcüstanın Qərb dünyasından uzaqlaşmasını qaçılmaz edəcək: “Öz vətəndaşlarına qarşı nifrətlə gözləri tutulmuş hökumət hesab edir ki, güc nümayişi uğurdur. Hazırda ölkəyə heç bir vaksin gətirilməyib, qiymətlər artır və insanlar aclıqdan ölümlə üz-üzədirlər”.