​Gürcüstan Kiyevdəki səfirini geri çağırdı - SAAKAŞVİLİNİN TƏYİNATINA ETİRAZ

Baxış sayı:
413

Gürcüstan Mixail Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə TASS məlumat verir.

Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Ukraynada rəsmi vəzifəyə təyin edilib. Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.