"Gürcü Arzusu"nun ofisi qarşısında qarşıdurma baş verib - 2 nəfər yaralanıb

Baxış sayı:
274

"Gürcü Arzusu" ofisinin qarşısında qarşıdurma yaranıb. İclas başlamazdan əvvəl “Avropa Gürcüstanı” üzvləri, o cümlədən Yelena Xoştariya, "Utanc" hərəkatının nümayəndələri və vətəndaşlar etiraz aksiyasına gəliblər. Onlar fit səsləri, meqafon və səs siqnallarından istifadə edərək parlamentin seçki sistemini dəyişdirə bilməməsinə etiraz ediblər.

24News.ge-nin xəbərinə görə, hakim "Gürcü Arzusu" partiyasının Tbilisidəki mərkəzi ofisində parlament çoxluğunun iclası ilə paralel olaraq etiraz aksiyası davam edir.
Məlumata görə, aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib. Aksiya iştirakçıları "Gürcü arzusu"nun mərkəzi ofisinin girişində piket etmək istəyirlər, lakin polis onlara bu imkanı vermir. Bu zaman isə etirazçılarla polislər arasında qarşıdurma olub və nəticədə  bir aksiyaçı zərər görüb. 
Müxalif "Avropalı Gürcüstan" partiyasının millət vəkili Elena Xoştariyanın sözlərinə görə, qarşıdurma zamanı operatorlardan birinin qolu sınıb.
Etirazçılar Leri Xabelovdan deputatların çoxunun proporsional sistemə keçidə niyə səs vermədiklərini soruşdular.
Bu anda etirazçılar partiyanın ofisinə girən iqtidardan olan deputatları- “qullar” adlandırırlar.
Muxalifet.az