“Göyçay xəstəxanasının baş həkimi xəstələrə verilən dərmanı apteklərdə satdırır” – RAYON SAKİNİ 2 AYDIR ONA VERİLMƏLİ OLAN DƏRMANI ALA BİLMƏDİYİNİ DEYİR

Baxış sayı:
4528

Göyçay rayonu, H.Hacıyev küçəsi, ev 188 sakini Mustafayev Rasim Əhəd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məkmtubu olduğu kimi dərc edirik:
“Mən 2014-cü il tarixdən bronxial astma xəstəliyinə görə 2-ci qrup əlil olmuşam. Buna görə hər ay dövlət büdcəsi hesabına dərmanla, tibbi pereparatlarla təmin olunurdum. Artıq iki aydır ki, Göyçay rayon Mərkəzi Xəstəxanası dərmanlarımı vermir. Səbəbi isə həmin xəstəxananın baş həkimi Elçin Bilalov astma xəstələrinin dərmanlarını aptekdə satdırıb, talançılıqla məşğul olmasıdır.
Qeyd edim ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında pulsuz dərmanları Elza adlı həkim paylayır. Elza həkim Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovla qudadır. Bu korrupsiyaya qurşanmış qudalar Göyçayda yaşayan ağır xəstələrin dərmanlarını satdırıb, cinayət əməlləri ilə məşğul olurlar.
“Erflyusal” adlı dərmanın qiyməti 55 manatdır. Həmin dərman xəstələrə paylanılması üçün hər ay Göyçay xəstəxanasına çoxlu sayda gəlir. Artıq 2 aydır heç bir xəstəyə həmin dərman verilmir, apteklərdə satdırılır. Bu səbəbdən biz xəstələr ölümlə üz-üzə qalmışıq.
Elçin Bilalov Göyçay rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən sonra xəstəxanada korrupsiya cinayətləri artıq rəsmiləşdirilib.
Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb, barəsində ciddi tədbirlər görülməsinə zərurət var. Regionda həmişə nümunəvi, yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır. Kolxoz bazarına döndərilən Göyçay rayon Mərkəzi Xəstəxanasında ölüm halları da çoxalıb.
İmkansızlığa görə dərman ala bilmirəm, bu səbəbdən səhhətim çox ağırlaşıb. Hazırda bütün dünya, o cümlədən Azərbaycan Respublikasında koronavirus xəstəliyi ilə əlaqədar ciddi mübarizə aparılır, xüsusi karantin rejimi tətbiq edilib. Elçin Bilalov bundan sui-istifadə edib, korrupsiya cinayəti ilə məşğul olur. Xəstələrin dərmanlarını vermir, apteklərdə satırıb, talançılıqla məşğul olur.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb, xahiş edirəm xəstələrin dərmanlarını satdırıb, pulunu mənimsəyən Göyçay rayon Mərkəzi Xəstəxanasını korrupsiya yuvasına döndərmiş baş həkim Elçin Bilalovun və oun qudası Elza həkimin barəsində ciddi tədbir görəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.