​Gəncədə polis apteklərdə reyd keçirdi – SÜNİ QİYMƏT ARTIMI VƏ...

Baxış sayı:
727

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması eləcədə maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları apteklərdə qiymətlələ maraqlanıb, eləcə də əczaçılarla profalktiki söhbətlər aparıblar. Obyekt  rəhbələrinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.  Bundan başqa RPİ-nin əməkdaşları park və istirahət güşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıb.

Muxalifet.az