"Getməli olan digərləri də var"- Hafiz Hacıyevdan QALMAQALLI AÇIQLAMA

Baxış sayı:
1591

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə həm Hacıbala Abutalıbov, həm də Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifələrindən azad ediliblər.

Bununla bağlı BiG.AZ-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Cənab Prezidentimiz iclasda son günlər aparacağı islahatların anonsunu verdi: "Bəzi məmurlar dəfələrlə cənab prezidentimizə xəyanət edib. Xəyanətlərin hər birinin üstünü mən medianın köməyi ilə açdım. Əli Həsənovun nəvəsinin adam öldürməsi, harınlaşmış məmurların kolleksiyası hər kəsə bəllidir. Mən dəfələrlə müəyyən dairələrə bildirmişəm ki, nə qədər ki, bəzi qoca məmurlar var, Cənab Prezidentimizin islahatları nəticəsiz qalacaq. Düşünürəm ki, bu, başlanğıcdır. Getməli olan digərləri də var. Onlar da prezidentə xəyanət etdiyi üçün getməlidir. Hacıbala Abutalıbov, Əli Həsənov milyardlarla pul yeyiblər. Cənab prezidentimiz də bundan xəbərdardır. Gördünüz ki, erməni tərfindən maliyələşən Əlilər, Cəmillər ölkədə hansı şəraiti yaratmağa cəhd göstərdi. Cənab prezidentimiz onlara imkan vermədi. Düşünürəm ki, cənab prezidentimiz çox gözəl bilir. Bütün bunları ölkə başçısı təhlil edib, ona sadiq, milli qüruru olan, bu sahəni yaxşı bilən insanları boş qalan vəzifələrə təyin edəcək. Düşünürəm hər şey xalqımızın xeyirinə olacaq".