​Ermənistan Rusiyadan təzminat tələb edir – QARABAĞIN ƏVƏZİNDƏ 2,6 MİLYARD DOLLAR VƏ KRASNODAR…

Baxış sayı:
22857

Erməni baş nazir Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə 5 rayonunun təhvil verilməsi ilə sona çatan qarşıdurmada qondarma, separatçı “Dağlıq Qarabağ ordusu”nun və onu dəstəkləyən Ermənistan ordusunun məğlub olması səbəbindən Rusiyaya iddia irəli sürüb. Panorama.pub saytının məlumatına görə, Paşinyan bəyan edib ki, bu məğlubiyyət Rusiya tərəfinin erməni xalqına xəyanəti üzündən baş verib.
Sayt yazır ki, iki gün əvvəl respublika parlamenti qarşısında çıxış edən Paşinyan deyib: “Rusiya da, Ermənistan kimi, KTMT-nin üzvüdür, bizə hərbi və digər yardımlar göstərməli idi. Ruslar əsrlər boyu xalqımıza kömək etdilər, onu xilas etdilər və heç kim onları bu vəzifədən azad etmədi. Buna görə “Artsax”da aldığımız məğlubiyyət birbaşa Rusiyaya xəyanətdir. Və Rusiya bunun əvəzini ödəyəcək!"
O da iddia olunur ki, diplomatik kanallar vasitəsilə Ermənistan Xarici İşlər Nazirliyi artıq Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə yaradıb və etiraz notası, habelə 2,6 milyard dollarlıq təzminat iddialarını təqdim edib. Bəzi qaynaqlar Ermənistanın Dağlıq Qarabağdakı itkilərini ödəmək üçün Rusiya Federasiyasına qarşı ərazi iddiaları irəli sürə biləcəyi də istisna edilmir. Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib ki, iddialar barədə söhbət Krasnodar və ya Stavropol diyarlarındakı torpaqlardan və ya Krımın bəzi bölgələrindən gedə bilər. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlik "erməni həmkarlarının bəyanatlarını öyrənir".
Muxalifet.az