ERMƏNİLƏRİN KƏLBƏCƏRDƏN KÖÇÜ DAVAM EDİR – İtli-pişikli daşınırlar / FOTOLAR

Baxış sayı:
668

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundan ermənilərin köçü davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rayon noyabrın 25-nə qədər Azərbaycana təhvil veriləcəyi üçün köç prosesi sürətlənib.

Ötən müddət ərzində rayonda məskunlaşdırılmış 3 mindən artıq sakin Ağdərə-Vardenis yolu ilə Ermənistana qayıtmaqda davam edir. Onlar şəxsi əşyalarını, ev heyvanlarını və hətta yaxınlarının qəbir daşlarını da özləri ilə aparırlar.