ERMƏNİLƏR "SÖYÜDLÜ" QIZIL YATAĞINI QAYTARMAQ İSTƏMİR? - Kəlbəcərdə mübahisə yaranıb / VİDEO? YENİLƏNİB

Baxış sayı:
590

 Azərbaycan ordusu işğaldan azad edilmiş Kəlbəcər rayonunun "Soyüdlü" qızıl yatağı üzərində suverenliyini bərpa edir. 2006-cı ildən ermənilər burada qanunsuz qızıl çıxarırdılar.

Xəbər verildiyi kimi, işğalçı qoşunlar çıxmadan öncə erməni tərəfi Azərbaycan ərazisinin yataqdan beş kilometr dərinliyinə gedən yolda darvaza qoyub.

Dünən Azərbaycan hərbçiləri darvazanı sökərək yatağın ərazisinə daxil olublar və ermənilərdən oranı azad etməyi tələb ediblər.

“Novosti Armenii”nin məlumatına görə, 250-yə yaxın azərbaycanlı hərbi qulluqçu, o cümlədən yüksək rütbəli hərbçilər İsrail zirehli texnikasında mədən ərazisinə daxil olublar. Ərazidə 7 nəfər müddətli əsgər olub. Hərbçilər onlara deyib: “Bura bizim ərazimizdir, buranı tərk edin”.

Əsgərlər müxtəlif məsul şəxslərlə əlaqə qurmağa çalışıblar, amma heç kim onlara cavab verməyib. Mədənin müdiriyyəti məcburən azərbaycanlılarla danışıqlara getməli olub, amma nə barədə danışacağını bilməyib. Səlahiyyətli orqanlarla əlaqə yaratmaq cəhdləri heç bir nəticə verməyib.

Onlar böyük çətinliklə azərbaycanlıları razı sala biliblər ki, nə edəcəklərini anlamaq üçün onlara vaxt versinlər. Sonuncular razılaşıblar, amma sabah geri dönəcəklərini vəd ediblər. "Elə olsun ki, burada olmayasınız, yoxsa nə edəcəyimizi bilirsiniz", - onlar deyiblər.

Ermənistan parlamentinin deputatı Taqui Tovmasya Kəlbəcərlə sərhəddə Geqarkunik vilayətində yerləşən erməni ordusunun korpus komandiri ilə danışıb. Komandir bu məlumatı təsdiqləyib və bildirib ki, düşmən darvazanı Ermənistan ərazisinə yaxınlaşdırmaq istəyir. Deputat bunu rüsvayçılıq adlandırıb, “Sputnik Armeniya” bildirir.

Düzünü desəm, mən başa düşmürəm ki, bəyanatın (barışıq haqda – red.) ikinci və ya üçüncü tərəfi haradadır. Mənə, sadəcə, aydın deyil. Mən ordunu Geqarkunik sakinlərinin yanında olmağa və onların təhlükəsizliyini qorumağa çağırıram", - o deyib.

Lakin bundan sonra Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Azərbaycan hərbçilərinin qızıl mədəni ərazisinə girməsi və çalışanlardan ərazini tərk etməyi tələb etməsi barədə müxtəlif KİV-də yayılan informasiya həqiqətəuyğun deyil.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin təsvir etdiyi vəziyyəti şərh etmir.(Turan)

***

 

 

Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, demarkasiya işlərinin bir hissəsi Azərbaycanın Kəlbəcər rayonunun "Soyüdlü" (Zod)mədəninin ərazisində aparılır.

Qeyd olunub ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir.

Bildirilib ki, demarkasiya işlərindən sonra, Ermənistan və Azərbaycan Silahlı Qüvvələri hərbi bazaları göstərilən sərhədlərdə yerləşdiriləcək.

Oxu.az-ın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya edilmədiyindən burada "Soyüdlü" (Zod) qızıl yatağı ərazisində ermənilər təxribata əl atıblar.

Bir sıra erməni “Telegram” kanallarında Azərbaycan hərbçilərinin əraziyə gələrək qızıl mədəninin boşaldılmasını tələb etdiyi yazılır.

Erməni tərəfi bu ərazinin onlara aid olduğunu iddia edir. Mədəndə işləyən işçilər hazırda danışıqların aparıldığını və danışıqlarda Ermənistan hökuməti nümayəndələrinin də iştirak etdiyini qeyd edirlər.