Ermənilər Qarabağda PUA-ların iştirakı ilə hərbi təlimlərə başladı – FOTOLAR

Baxış sayı:
660

Ermənistan ordusu Azərbaycanın müdafiə naziri Zakir Həsənovun cəbhənin Talış kəndi istiqamətinə gəlməsi fonunda hərbi təlimlərə start verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, taktiki təlimlərdə xüsusi təyinatlı qüvvələr və pilotsuz uçuş aparatlarından istifadə olunub.

Təlimlər zamanı şəri düşmənin arxa cəbhəsinə keçərək diversiya aksiyalarının törədilməsi məşq olunub.