“Ermənilər etdiklərinin bahasını mütləq ödəyəcəklər” – HULUSİ AKAR

Baxış sayı:
966

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavini və Hava Qüvvələrinin komandanı Ramiz Tahirovu və onun başçıqlıq elədiyi nümayəndə heyətini qəbul edib.

Hulusi Akar görüş zamanı Ermənistanın təcavüzkarlığı barəsində danışaraq deyib: “Qurduqları tələyə özləri düşəcək, bu tələdə boğulacaq və əməllərinin cəzasını hökmən çəkəcəklər”.

Görüşdə Türkiyənin Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qüvvələri komandanı general Ümit Dündar, Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz, Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal iştirak ediblər.

Hulusi Akar Ermənistanın Azərbaycan ərazisinə hücumundan sonra Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə, özünün isə azərbaycanlı həmkarı, Müdafiə naziri Zakir Həsənovla danışdığını bildirib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar baş verənlərlə bağlı bütün lazımi tədbirlərin görüləcəyini bildirərək deyib: “Azərbaycanın Tovuz rayonuna edilən alçaq hücumları qətiyyətlə pisləyirik. Azərbaycan türkünün kədəri bizim kədərimizdir. Oradakı bütün sıxıntıların burada da çox dərin şəkildə hiss edildiyini hamınızın bilməsini istəyirik”.

Milli Savunma Bakanı Hulusi Akar'dan Ermenistan'a sert tepki: Hesabını mutlaka ödeyeceklerdir

Akar Azərbaycan Silahlı Qüvvələrinin sərhədlərin və xalqın təhlükəsizliyi üçün mübarizə edərkən şəhid olan qəhrəman hərbçilərinə  Allahdan rəhmət, yaralılara isə tezliklə sağalmasını arzulayıb.

Akar deyib: “Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Qanlarının yerdə qalmayacağına əmin olduğumuzu da bildirmək istəyirəm. Dağlıq Qarabağın heç bir hüquqi əsasa və qanuna əsaslanmadan işğal edilməsini qəbul eləməyimizin mümkün olmadığını hər bir səviyyədə bildirmişik və bildirəcəyik. Möhtərəm prezidentimiz başda olmaqla, Türkiyədə hərbçilərimiz də, mülki vətəndaşlarımız da bu məsələdə azərbaycanlı qardaşlarımızın, igid insanların apardığı mübarizəsində onlarla birlikdə olduğumuzu bildiririk. Bütün xalqımız bu hissləri və düşüncəni paylaşmaqdadır. “İki dövlət, bir millət” olduğumuza bütün qəlbimizlə inanırıq. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Taleyimiz də, qürurumuz da birdir, eynidir. Cənab prezidentimizin ilk andan söylədiyi kimi, bu, həqiqətən də ermənilərin həddini aşdığını göstərən təşəbbüsdür. Biz də deyirik ki, qurduqları tələnin altında qalacaq, bu tələdə boğulacaq və əməllərinin cəzasını hökmən ödəyəcəklər. Azərbaycanlı qardaşlarımıza edilən hər bir hücuma qarşı bundan əvvəl necə bir olmuşuqsa, bundan sonra da olmağa davam edəcəyik. Azərbaycanlı qardaşlarımızla birlikdəyik, ağrılarını ürəyimizdə hiss edirik. Türkiyə Respublikası dövləti, Türkiyə Silahlı Qüvvələri olaraq nə etmək lazımdırsa, indiyə qədər olduğu kimi, indən sonra da edəcəyik. Buna heç kim şübhə eləməsin”./Hurriyyet.org