Erməni nazir də Moskvaya çağırıldı - CEYHUN BAYRAMOVLA NÖVBƏTİ GÖRÜŞ OLACAQ?

Baxış sayı:
2463

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli səfərə gedib.  

“RİA Novosti” xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl yayılan məlumata əsasən, Zöhrab Mnatsakanyan oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək.