ERMƏNİ LOBBİSİ "PUTİNİ SIFIRLAYIR"

Baxış sayı:
1684

2020-ci ilin martı həm Rusiyanın tarixində, həm onun lideri Vladimir Putinin həyatında həlledici ola bilər. Heç kimə sirr deyil ki, Putin üçün bu an əsas məqam RF-nın prezidentliyi üçün növbəti müddətə vəzifədə qalmaq və ya özünə varis tapmaqdır.
Prinsipcə aydındır ki, konstitusiyaya nəzərdə tutulan dəyişikliyin məqsədi 99% bu məsələni həll etməkdir və 2020-ci il 10 martda RF-nin Dövlət Duması deputat Valentina Tereşkovanın Putinin keçmiş prezidentlik müddətinin “sıfırlanması” barədə düzəlişini qəbul etdi. Demək olar ki, hamıya bu “sıfırlanma” əməliyyatının arxasında real olaraq kimin durduğu bəlli oldu. Vladimir Putinə gediş ərəfəsində “öz baş nazirini”-Mixail Mişustini sırımağı bacaran “Qüdrətli Erməni Lobbisi”.
Belə ki, sosial şəbəkələrdə “eston şairi Iıxu İbenpalu” psevdonimi altında çıxış edən Mixail Şahnazarov həmin an Putinin əvvəlki prezidentlik müddətinin “sıfırlanmasının” əleyhinə olanların üstünə hücum etdi. Yeri gəlmişkən bunu çox hiyləgərliklə etdi. O “guya ki, ilk qadın kosmonavt-Dumanın deputatı Valentina Tereşkovanın müdafiəsinə qalxdı”. Sanki, Konstitusiyaya “sıfırlanma” düzəlişi təklifi yalnız onun təşəbbüsü idi.
“Yaşlı qadını təhqir etmək yaramazlıqdır, dünya kosmonavtika tarixinə keçmiş qadını yalnız... heyvanlar təhqir edər və mən çox istərdim ki, sizin yaramazlığınızı avropalılar və amerikalılar oxusunlar. Ya da avstronavtlar dəstəsi görsün. Onların ağzı açıq qalardı”- Şahnazarov Twitterdə yazdı.
Aydın olur ki, Rusiyanın hazırki lideri Putin hakimiyyət müddətinin sıfırlanmasının əleyhinə olanların üstünə atlayıb tutan “zəncir itləri” olmadan keçinə bilməyəcək.
“Sıfırlanmadan” sonra Putinin “erməni dostlarından” asılılığı tam və biryolluq olur. “Sıfırlanmadan” sonra əsas problem nədir? Bunu xalqa “bənzərsiz xeyirxahlıq” kimi təqdim etmək. Bu təbliğatın boynuna düşür. Rusiyada təbliğatda kim öndədir? “Qədim əzabkeş xalqın“ nümayəndələri-hər kəsdən əvvəl Marqarita Simonyan.
Oxşar “stabilliyi” istəməyən “naməlum” daxili qüvvələr- oliqarxlar, çinovniklər üçün istənilən loyal olmayan oliqarxın biznesini “başına yıxacaq” hazırki baş nazir Mixail Mişustin var. Həmçinin Putinin bitmiş müddətinin “sıfırlanma”sının əleyhinə olanlar üçün “inandırıcı arqumentlər” tapa bilən və “erməni gəlini olan” erməni lobbisi ilə bağlı olan DİN başçısı Vladimir Kolokoltsev var.
Lakin ölkə daxilində Putinin praktiki olaraq ömürlük hakimiyyətinin “legitimləşdirilməsinin” təmin edilməsi işin yalnız yarısıdır. Bunun beynəlxalq arenada qəbul olunması da şərtdir. Bununla isə etnik erməni, RF XİN-in başçısı Lavrov-Kələntərov məşğuldur. Təbii ki, elə həmin bu Lavrov-Kələntərovun köməyi ilə separatçilıqdan istifadə edərək Vladimir Putinin əl-qolunu bağlayıblar. O, Abxaziya və Cənubi Osetiyanın işğalına son vermək və onu geri verməyi bacarmayacaq. Erməni “xeyirxahlar” onu “zəiflikdə” və “Rusiyanın maraqlarını təslim etməkdə” ittiham edəcəklər. Axı Putinin ermənilər tərəfindən tirajlanan “torpaqları birləşdirən” görüntüsü məhz qonşu ölkələrdən “kəsilən ərazilərin əlindən alınması” əsasında qurulub. Deyirlər ki, o, separatçı Abxaziyanı və Cənubi Osetiyanı-müttəfiqlərini qorudu və Krımı geri qaytardı. Bundan sonra Gürcüstanla münasibətlər pisləşdi və Ukrayna itirildi, Rusiya düşmənlərin və bədxahların mühasirəsinə düşdü - Simonyanın, Şahnazarovun təşkil etdiyi “ura vətənpərvərlik” təbliğatı ilə bunlar “əhəmiyyətsiz göstərilməyə” çalışılır.
Ən əsası Rusiya Konstitusiyasına edilən dəyişikliklərlə əslində real olaraq Vladimir Putinin özü “sıfırlanır”. Belə çıxır ki, Putin erməni “dostları” olmadan artıq addım ata da bilmir? Onlardan birini tərpətmək kifayət edər ki, "çar"ın legitimliyi sual altına düşsün?
"Kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova