Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub - “İSTİNTAQIN SUALLARINA CAVAB VERMƏLİDİR...”

Baxış sayı:
536

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanı tərk etməsinə qadağa qoyulub. Səbəb XİN sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaqdır. Bu haqda gununsesi.info istintaqdakı mənbəyə istinadən bildirir.

“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarına cavab verməlidir”,-mənbə əlavə edib.

Xatırladaq ki, XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə DTX əməliyyatçıları tərəfindən həbs edilib. Bu səs-küylü əməliyyatdan bir neçə həftə E.Məmmədyarov özü Ermənistanın Tovuz istiqamətində törətdiyi təcavüz zamanı fəaliyyətsizliyə görə prezident tərəfindən publik qaydada tənqid edilib. Və ardınca işdən azad olunub.

XİN  sistemində korrupsiya və mənimsəmə işi üzrə dünən avqustun 13-də daha bir səs-küylü həbs həyata keçirilib. DTX əməliyyatçıları bu dəfə Azərbaycanın Serbiya, Montenegro, Bosniya və Hersoqovinadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənovu həbs edib. Həbslərin davam edəcəyinə dair məlumatlar var./Virtualaz.org