“Elman Rüstəmov və onun oliqarx qardaşları bütün pullarını dollarda saxlayır” - QADİR İBRAHİMLİ

Baxış sayı:
661

“Elman Rüstəmovun “B” planından bir hissə - Mərkəzi Bank konvertasiyanı məhdudlaşdırıb. Yəni dollar kartlarına yalnız 850 manat yükləmək (500 dollar) olar. Məntiq yenə ölüb. Niyə? Tutaq kiminsə 3-5 min manat ehtiyatı var, onu kartına yükləyib ehtiyat saxlamaq istəyir. Bu, onun haqqıdır. Elman Rüstəmov və onun oliqarx qardaşları bütün pullarını dollarda saxlayır”. 
Hurriyyet.org xəbər verir ki, bu barədə “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli  sosial şəbəkə hesabında qeyd edib.

“Milyardları ölkədən çıxarıblar, camaatın 3-5 manatına göz dikiblər”

“Deməli, devalvasiya riski artıb, indidən camaata ziyan vurmaq istəyirlər. Neftin qiyməti qalxanda xeyirlərini özləri görür, enəndə ziyanı sadə insanlara yükləyirlər. Milyardları ölkədən çıxarıblar, camaatın 3-5 manatına göz dikiblər”,-deyə iqtisadçı ekspert əlavə edib.

““Unibank” konvertasiya əməliyyatlarını “E-manat”, “MilliÖn” terminallarında dayandırıb”
“Azərbaycana qayıtmaq istəyən tələbələr ac-yalavac vəziyyətdə hökumətdən dəstək gözləyirlər” - QADİR İBRAHİMLİ

Q. İbrahimli qeyd edib ki, banklar isə “C” planına keçib: “Dünəndən qızımın kartına pul yükləyə bilmirəm. Əvvəl elə bildim setdə problem var. Bu gün araşdırdım ki, “Unibank” konvertasiya əməliyyatlarını “E-manat”, “MilliÖn” terminallarında dayandırıb. Məntiq yenə öldü. Mədudiyyət cəhənnəm, axı “Unibank”ın terminalları “E-manat” və “MilliÖn” terminallarının sayından qat-qat çoxdur. Ən başlıcası isə karantin rejiminə ziddir. Məsələn, məcburam ki, “Unibank”ın ən yaxın terminalına getmək üçün 5 km yol gedəm, hansı ki, 200 m kənardakı marketə gedib rahatca yükləyə bilərdim”.